XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azad Həsənov məhkəmə zalından azadlığa buraxılıb

Azad Həsənov məhkəmə zalından azadlığa buraxılıbBakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musavat Partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunib.

Prokuror çıxış edərək məhkəmədən Azad Həsənovun ittiham edildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) maddəsinin 234.1-ci (şəxsi istehlak miqdarından artıq narkotik maddəni əldə etmə) maddəsinə tövsif edilməsini və onun 1 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini təklif edib.

Azad Həsənovun vəkili Osman Kazımov çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Azad Həsənov məhkəmədə son söz deyərək, narkotik ittihamını qəbul etmədiyi və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə hökm oxunub. Hökmə əsasən Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Azad Həsənov barəsində 6 aylıq sınaq müddəti seçilib.

Qeyd edək ki, A. Həsənov ötən ilin oktyabrın 11-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.
Bölmə: Siyasət | 05 avqust 2019 15:56 | Baxış sayı: 58





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: