XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanlı aktyor ağır xəstədir: Maddi imkanım yoxdu, dərmanlar da işə yaramır - FOTO

Azərbaycanlı aktyor ağır xəstədir: Maddi imkanım yoxdu, dərmanlar da işə yaramır - FOTOAktyor Allahverdi Yolçuyevin səhhəti pisləşib.

Bolgexeber.com axşam.az-a istinadən xəbər verir ki, aktyor ağır Parkinson xəstəliyindən əziyyət çəkir.

A.Yolçuyev bildirib ki, son günlər vəziyyəti lap pisləşib.

O, müalicə üçün maddi imkanının olmadığını vurğulayıb və kömək istəyib.

O, son günlər vəziyyətinin daha da pisləşdiyini söyləyib: "Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, "Parkinson" xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?"

Aktyor bu xəstəliyin onun işinə də mane olduğunu vurğulayıb: "İş qabiliyyətimi də getdikcə itirirəm. Yalnız aradabir gedib, dublyaja baş çəkirəm. Maddi imkan da o dərəcədə deyil ki, müalicəmi davam etdirim. Tək istəyim tezliklə sağlamlığıma qovuşmaqdır".
Bölmə: Mədəniyyət | 05 avqust 2019 16:53





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: