BolgeXeber.Com » Müsahibə-Reportaj » Ramin Musayev: "Premyer Liqada 10 komanda olmalıdır"

Ramin Musayev: "Premyer Liqada 10 komanda olmalıdır"

5-08-2019, 17:33
Oxunub: 4 149 Ramin Musayev: "Premyer Liqada 10 komanda olmalıdır""Futbol bayramını qeyd edirik, klublarımızı təbrik edirəm. Avrokuboklarda iki klubumuz mübarizəni davam etdirir. Onlara uğurlar arzulayıram".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın 2019/2020 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, hər zaman güclü qalib olsun: "Klublar ölkədən kənarda da bizi sevindirsin. "Neftçi"nin Rusiya "Arsenal"ı üzərində qələbəsindən sonra 2 gün telefonum susmadı. Rusiyadan çoxsaylı zənglər gəlirdi. 2020/2021 mövsümündə Premyer Liqada 10 komanda olmalıdır. Daha gərgin çempionat izləyəcəyik. Ötən mövsüm bunu hiss etmədik. İndiki vəziyyətdə bu heç də pis deyil. Çempionatımızda hər zaman haqq-ədalət var. Kim güclüdürsə, o da qalib gələcək".

Musayev deyib ki, PFL-in adı dəyişməyəcək: "PFL yaranandan hələ olmayıb ki, 1-ci, 2-ci yeri tutan komanda öz sözünü deməsin. Hər mövsümdə olduğu kimi, kim güclüdürsə, o da qalib gələcək".

Ramin Musayev "Qəbələ" klubunun 50 min manat məbləğində cərimə olunduğunu da qeyd edib. O bildirib ki, buna səbəb klubun əvəzedici komandasının 2019/2020 mövsümündə I Divizionda iştirakdan imtina etməməsidir. Musayev vurğulayıb ki, hər bir kluba əvəzedici komandanın I Divizionda iştirakı üçün 100 min manat veriləcək.

Qurum rəhbəri çıxışı zamanı futbol üzrə Azərbaycan I Divizionunda 2019/2020 mövsümü avqustun 23-də başlayacağını da qeyd edib. O bildirib ki, yeni mövsümdə çempionatda 13 kollektiv mübarizə aparacaq.