BolgeXeber.Com » Xəbərlər » "Xaliq Faiqoğlu" sirkətinə məxsus avtobusun sürücüsü qəza vəziyyəti yaratdı (VİDEO)

"Xaliq Faiqoğlu" sirkətinə məxsus avtobusun sürücüsü qəza vəziyyəti yaratdı (VİDEO)

5-08-2019, 17:36
Oxunub: 4 151 "Xaliq Faiqoğlu" sirkətinə məxsus avtobusun sürücüsü qəza vəziyyəti yaratdı (VİDEO)Demək olar ki, hər gün ağır xəsarətlərlə, ölüm halları ilə nəticələnən qəza xəbərləri eşidirik

Xüsusən belə qəzalar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə olduqda fəsadları daha böyük olur. Amma görünən odur ki, hələ də bundan ibrət almayanlar var.

Oxucularından biri Qaynarinfo-ya videogörüntü göndərib. 10 TH 316 dövlət qeydiyyat nişanlı, "Xaliq Faiqoğlu" sirkətinə məxsus BNA 10039 nömrəli "İsuzu" markalı avtobusun sürücüsü 4 avqust tarixində 23:14 radələrində Həsənbəy Zərdabi küçəsi ilə M. Şərifzadə küçəsini birləşdirən yolda, İctimai TV-nin qarşısında əks yola çıxıb. Videogörüntünü göndərən sürücü də ondan öz yoluna qayıtmağı tələb edir.

Videonun əvvəlində avtobus sürücüsü saymazyana şəkildə heç nə olmamış kimi dayanır. Daha sonra arxasında böyük avtobil axınının olduğuna görə avtobusdan düşür və sürücüdən yol verməyi istəyir. Sürücü də yaranmış sıxlığı nəzərə alıb avtobili geri sürərək avtobusa yol verir. Bundan sonra hərəkətə başlayan avtobus sürücüsü ona "sağ ol" demək əvəzinə "ağıllı ol" deyib gedir.

İndi görün gün ərzində yüzlərlə insanı daşıyan avtobusu hansı psixoloji vəziyyətli sürücü idarə edir. Ümid edirik ki, həm BNA, həm DYP rəsmiləri, həm də bu marşrut xətt sahibi tezliklə videoya baxıb lazım olan reaksiyanı verəcək, sürücü haqqında uyğun tədbir görəcəklər.

Videogörüntünü təqdim edirik.