XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İcra başçısı hesabat yığıncağı keçirdi - Foto

İcra başçısı hesabat yığıncağı keçirdi - FotoDünən Hacıqabul rayon İcra Hakimiyyəti 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Bolgexeber.com xəbər verir ki, rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov məruzə ilə çıxış edərək 2019-cu ilin birinci yarısının nəticələri və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, 2019-cu ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 151 milyon 315 min 100 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,17 milyon manat və ya 7,2 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 83,1 % təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,99 % çoxdur. Bu ilin altı ayı ərzində kənd təsərrüfatı məhsulunun həcmi 9.222,5 min manat artaraq 84 milyon 514 min, 600 yüz manat, sənayedə məhsul buraxılışının həcmi 2.483,2 min manat artaraq 14785,7 min manat, ticarətdə məhsul buraxılışının həcmi 1.381,4 min manat artaraq 39.605,9 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 12,5 %, sənayedə 20,18 %, ticarətdə 3,61 % artım müşahidə edilib.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 4.173,0 min manat və ya 3,59 % artaraq 120.495 min manat, iaşə dövriyyəsi 104,0 min manat və ya 5,15 % artaraq 2.124,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1.198 min manat və ya 7,43 % artaraq 17.312,0 min manat, məişət xidmətlərinin həcmi 168,0 min manat və 5,12 % artaraq 3.450,0 min manat, yük daşınmalarının həcmi 4,0 min ton və ya 3,2 % artaraq 129 min ton, sərnişin daşınmalarının həcmi 58 min nəfər və ya 2,1 % artaraq 2.824 min nəfər, rabitə xidmətlərinin həcmi 20,6 min manat və ya 6,11 % artaraq 357,8 min manat olub.

2019-cu ilin birinci yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 10.872,1 min manat olub. İstifadəyə verilmiş əsas fondlar 1.403,6 min manat və 101,12 % artaraq 2.791,6 min manata çatmışdır. Ümumi mənzil fondu 21,9 min kv.metr və 1,86 % artaraq 1198,0 min kv.metr olub.


Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,8 manat artaraq 399,0 manat təşkil edib. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.528.8 min manat və ya 6,9 % artaraq 163 milyon 104,8 min manata çatıb.

Hesabat dövründə rayonda 573 yeni iş yeri açılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 iş yeri çox deməkdir. Açılmış iş yerlərindən 311-i daimidir.

Yığıncaqda icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kəndlərin bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birliklərin, siyasi partiyaların sədrləri, ziyalıların və ictimaiyyətin digər nümayəndələri iştirak edib.
İcra başçısı hesabat yığıncağı keçirdi - Foto
İcra başçısı hesabat yığıncağı keçirdi - Foto
İcra başçısı hesabat yığıncağı keçirdi - Foto
İcra başçısı hesabat yığıncağı keçirdi - Foto
Bölmə: Bölgə | 09 avqust 2019 10:06 | Baxış sayı: 2707





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: