BolgeXeber.Com » BÖLGƏ TV » “Qalatasaray”tarixi təkrarladı - VİDEO

“Qalatasaray”tarixi təkrarladı - VİDEO

10-04-2013, 09:20
Oxunub: 4 305 İlk oyun günündə iki dramatik qarşılaşma baş tutub. Dortmund "Borussiya" öz meydanında "Malaqa"nı qəbul edib. İlk qarşılaşmaları 0:0 hesabı ilə bitən bu komandaların oyununda qapılara beş qol vurulub. Görüşün 90-cı dəqiqəsinə qədər 1:2 hesabı ilə məğlub olan Dortmund təmsilçisi inanılmaz əzmkarlıq göstərərək 90+1 və 90+2-ci dəqiqələrdə daha iki qol vuraraq yarımfinala vəsiqə qazanıb.

Digər matçda Madridin "Real" klubu "Qalatasaray"ın qonağı olub. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Qalatasaray"ın növbəti mərhələyə keçmək şansları az görünürdü. Lakin "Cimbom"un ispanlara rahat təslim olmayacağı şübhə doğurmurdu. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda "Qalatasaray" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Lakin ilk oyunun nəticəsinə görə yarımfinala "Real" çıxıb.


Çempionlar Liqası, 1/4 final, cavab oyunları


9 aprel

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Malaqa” (İspaniya) - 3:2
Qollar: Xuakin Sançes, 25 (0:1), Levandovski, 39 (1:1),Eliseu, 82 (1:2), Reus, 90+1 (2:2), Santana, 90+3 (3:2)
İlk oyun 0:0

23:45. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 3:2
Qollar: Ronaldo, 8 (0:1),90+3 (2:3) Ebue, 57 (1:1), Sneyder, 71 (2:1), Droqba, 72 (3:1)
Qırmızı vərəqə: Arbelo, 90 ("Real")
İlk oyun 0:3

"Qalatasaray": Fernando Muslera, Emmanuel Ebue, Semih Kaya, Albert Riera, Gökhan Zan, Felipe Melo, Həmid Altıntop, Uelsli Sneyder, Səlcuk İnan,Didye Droqba, Ümid Bulut
“Real": Lopes, Esyen, Varan, Koentrau,Xedira, Özil, Pepe, Di Maria, Modric, Ronaldo, İquain

10 aprel

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)

23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)