BolgeXeber.Com » Xəbərlər » Qızmar hava davam edəcək: 42 dərəcə isti gözlənilir

Qızmar hava davam edəcək: 42 dərəcə isti gözlənilir

22-08-2019, 15:47
Oxunub: 2 328 Qızmar hava davam edəcək: 42 dərəcə isti gözlənilirBakı və Abşeron yarımadasında avqustun 23-də hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 35-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz olacaq.

Abşeron çimərliklərində şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 23-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.