BolgeXeber.Com » Xəbərlər » Bakıda taxta bazarı yanır - VİDEO

Bakıda taxta bazarı yanır - VİDEO

22-08-2019, 17:01
Oxunub: 3 217 Bakıda taxta bazarı yanır - VİDEONərmanov rayonu ərazisində, Dərnəgül yolunda yerləşən taxta bazarında yanğın hələ söndürülməyib

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib. Bundan başqa, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də hadisə yerindədir.
Yanğının söndürülməsi davam edir...

***

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

**

Bakıda taxta satılan bazada yanğın başlayıb.

Hadisə Nərmanov rayonu ərazisində Dərnəgül yolunda yerləşən taxta bazarında baş verib. Alov bir neçə obyektə yayılıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadaları cəlb olunub. Hazırda alovun söndürülməsinə çalışılır.