BolgeXeber.Com » Bölgə » Qusarda palçıq axını çaya qarışdı: İçməli suda fasilələr yarandı - VİDEO
Qusarda palçıq axını çaya qarışdı: İçməli suda fasilələr yarandı - VİDEO
22-08-2019, 17:07
Oxunub: 7 496
Qusarda palçıq axını çaya qarışıb
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, palçıq axını Şahdağ yüksəkliyindən başlayaraq Laza kəndi yaxınlığındakı Gur-Gur şəlaləsi adlanan ərazini əhatə edib.
Yağıntıların əraziyə düşməsindən sonra başlayan proses nəticəsində palçıq Qusarçay çayına axır.
Qusarçaydan dağlıq ərazilərdə və şəhərdə yaşayan əhaliyə su verilir. Çayın çirkli olması suyun verilməsində fasilələr yaradıb.
Bağ və bostanların suvarılmasında bu sudan istifadə edən kənd sakinləri təsərrüfatlara da ciddi ziyan dəydiyini deyirlər.
Qusar Suvarma Sistemləri idarəsindən bildirilib ki, məsələdən xəbərdardırlar.
Sözügedən prosesin təbiət hadisəsi olduğu və son günlərdə palçıq axınının azaldığı deyilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər