BolgeXeber.Com » Xəbərlər » Alı Alıyev növbəti səyyar qəbul keçirib

Alı Alıyev növbəti səyyar qəbul keçirib

23-08-2019, 10:22
Oxunub: 5 508 Alı Alıyev növbəti səyyar qəbul keçiribPrezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır

Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Araz Dilağarda kəndində keçirilib.
Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
Alı Alıyev deyib ki, 1220 nəfər əhalinin yaşadığı Araz Dilağarda kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1006 nəfərə hər ay 60360 manat vahid aylıq müavinət ödənilir, 3 ailə özünüməşğulluq proqramına cəlb olunub. Araz Dilağarda kəndində 1 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 361 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 167 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Kənddə məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, poçt fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
2018-2019-cu təsərrüfat ilində 254 ha taxıl, 12 ha pambıq əkilib, 510 kq barama istehsal olunub. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Alı Alıyev növbəti səyyar qəbul keçirib