XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış

Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmışBakıda yeniyetmə qıza qarşı ağlasığmaz cinayət törədilib. Bir il ərzində öz qızını zorlamaqda ittiham olunan kişi saxlanılıb.

Bu barədə Oxu.Az-a Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Cinayətin üstü 15 yaşlı Sabunçu sakininin (ad məlum səbəblərdən açıqlanmır) yoxa çıxmasından sonra açılıb.

Bu il iyulun 19-da yeniyetmə evdən çıxaraq bir daha qayıtmayıb. Bir ay sonra, avqustun 22-də qız tapılıb.

Dindirmə zamanı o, 36 yaşlı atası S.K.-yə görə evdən qaçdığını bildirib.

Onun sözlərinə əsasən, ata qızına ilk dəfə ötən ilin avqustunda təcavüz edib. O zaman qızın 14 yaşı olub. Bundan sonra ata mütəmadi olaraq qızını cinsi əlaqəyə məcbur edib. Zorakılıq və təhqirlərə dözməyən qız evdən qaçıb.

Həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayon prokurorluğu təcavüzkarın cinayətinin hansı maddələr üzrə qiymətləndiriləcəyini qərarlaşdırır.
Bölmə: Xəbərlər | 23 avqust 2019 17:23 | Baxış sayı: 227





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: