BolgeXeber.Com » BÖLGƏ TV » Suriyanın ən tanınmış 2-ci adamının ölüm anı – VİDEO

Suriyanın ən tanınmış 2-ci adamının ölüm anı – VİDEO

10-04-2013, 17:20
Oxunub: 4 287 Son bir gündə internetdə sürətlə yayılan video mübahisələrə yol açıb. ANS PRESS-in məlumatına görə, videoda Suriyanın tanınmış sünni din xadimi Şeyx Muhamməd Ramazan əl Butinin ölüm anı yer alıb. Suriya xalqının ölkə prezidenti Bəşər Əsəddən sonra televiziyada ən çox görünən din xadiminin ölümü haqqında video ölkə mediasında ən çox yer verilən xəbər olub.

Xəbərlərdə ciddi mühafizə altında olan şeyxin Dəməşqdəki məscidlərdən birində olan kamikadze hücumu nəticəsində öldüyü bildirilir. Partlayış nəticəsində Əl Butinin nəvəsi ilə yanaşı 50-yə yaxın tələbənində öldüyü, çox sayda insanın yaralandığı yayılan məlumatlar arasındadır.

Hələlik bu videonun gerçək olub -olmadığı təyin edilməyib. Görüntülərdə Şeyxin çıxışı zamanı kürsüsünün önündə partlayış baş verdiyi və dumanın yayıldığı görünür. Bir necə saniyə sonra duman dağılır və o, özünü sahmana salır. Onun üzərində hər hansı xəsarət görünmür. Bu zaman görüntüdə başqa bir kişi peyda olur. Kamera qarşısında dayanan şəxs Əl Butiyə nə isə edir və onu yerə yatırır. Naməlum kişi onu bu vəziyyətdə qoyaraq ortadan itir.

Bundan sonra gələn 5 nəfər şeyxi qaldırmağa çalışır. Lakin bu zaman onun hərəkətsiz olduğu, başından və ağzından qan axdığı görünür.

Ən qəribə məqam isə partlayışın elə də güclü olmaması və ondan sonra hər hansı dağıntının görünməməsi, Əl Butiyə yaxınlaşan kişilərin həyəcanlı olmaması, soyuqqanlılıqlarını qorumaları olub.