Almaniyada avtomobillərin olmadığı kurort şəhəri
26-08-2019, 16:27
Oxunub: 3 404
Almaniyanın Şimal dənizi akvatoriyasında bu ölkənin tərkibinə daxil olan 6 adadan biri də Yust adasıdır
Onu bəzən Friz adası da adlandırırlar. Yust "Aşağı Saksoniya dayaz dəniz sahəsi” milli parkının ərazisində yerləşir.
AZƏRTAC-ın bu kiçik arayışında almanların və əcnəbi turistlərin sevimli istirahət məkanlarından biri olan bu ada haqqında məlumat verilir. Məsələ orasındadır ki, bu adada avtomobillər olmadığından sakitliyi sevən turistlər burada əsl cənnətə düşürlər. Maraqlıdır ki, hətta at faytonları belə adada piyadaların sürətinə uyğun hərəkət etməlidir. Hər il Yust adasında 130 mindən çox turist təxminən iki həftə müddətində istirahət edir.
Adanın maksimum eni 1 kilometrdir. Bu unikal landşaft Şimal dənizinin digər kiçik adaları ilə birlikdə UNESKO-nun təbiət abidələrinin Dünya İrsi siyahısına daxil edilib.
Bu regionun digər dəniz kurortlarında da avtomobil nəqliyyatının hərəkəti qadağan edilib və ya məhdudlaşdırılıb. Onların arasında Baltrum, Gelqoland, Langeoq, Şpikeroq və Vangeroq adaları var.
Bir sözlə, əgər siz gərgin əmək fəaliyyətindən sonra Almaniyanın rahat guşəsinə çəkilərək dincəlmək istəyirsinizsə, onda Yust adası sizin üçün ideal istirahət məkanıdır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər