BolgeXeber.Com » İdman » Üç komanda Çempionlar Liqasının qrup mərhələsində

Üç komanda Çempionlar Liqasının qrup mərhələsində

28-08-2019, 15:31
Oxunub: 4 043 Üç komanda Çempionlar Liqasının qrup mərhələsindəFutbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib

Oxu.Az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Səfərdə Yunanıstan "Olimpiakos"una 0:4 hesabıyla məğlub olan "Krasnodar" bu dəfə doğma azarkeşləri qarşısında rəqibini qəbul edib. Amma doğma meydanda da uduzan və istəyinə çata bilməyən Rusiya təmsilçisi ÇL-lə vidalaşmalı olub – 1:2. Norveç "Rusenborq"u Xorvatiya "Dinamo"su, Serbiya "Srvena Zvezda"sı isə İsveçrənin "Yanq Boyz" klubu ilə üz-üzə gəlib. Bu oyunların hər ikisi oxşar hesabla – 1:1 başa çatıb. "Dinamo" və "Srvena Zvezda" ÇL-in qrup mərhələsinə vəsiqə qazandıqları halda, rəqibləri qitənin ən nüfuzlu klub turnirindən kənarda qalmalı olub.