XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ceyhun Mirzəyevin ölümündən əvvəlki görüntüləri - VİDEO

Ceyhun Mirzəyevin ölümündən əvvəlki görüntüləri - VİDEOMərhum aktyor Ceyhun Mirzəyevin ölümündən üç gün əvvəl lentə alınan görüntüləri yayılıb.


Videonu aktyor Cavidan Novruz paylaşıb.

O söyləyib ki, əlində sənətçi barədə daha artıq materiallar var:

"Əlimdə olan görüntüləri heç vaxt heç kimə verməcəm. Çox telekanallar axtarır. Bu görüntülər yalnız məndədir. Son qəpiyimi xərcləyib, əldə etmişəm. Ceyhun Mirzəyevin yaradıcılıq gecəsini keçirməyi və haqqında sənədli film çəkməyi planlaşdırıram. İndiyədək bilmədiyiniz insani keyfiyyətlərini öyrənəcəksiniz. Məkanı cənnət olsun. Mənim üçün heç bir Hollivud aktyoru bu insan qədər zirvə olmadı. Daxili gözəlliyi üzündə əks olunur. Böytük qardaşım Nəriman məni "Fəryad” filminə baxmağa apardı. O gündən bu insanın vurğunu oldum, ona bənzəmək istədim”.

Qeyd edək ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. O, ilk dəfə 11 yaşında "Görüş” filminə çəkilib. Daha sonra 12 yaşında "Ögey ana” filminə dəvət alıb. Ceyhun Mirzəyevin son filmi "Fəryad” olub. Lakin özü bu filmini görə bilməyib. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırılıb. Aktyor 1993-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Bölmə: BÖLGƏ TV | 28 avqust 2019 16:20





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: