BolgeXeber.Com » İdman » Çempionlar Liqası: qrup mərhələsinin bütün iştirakçıları

Çempionlar Liqası: qrup mərhələsinin bütün iştirakçıları

29-08-2019, 10:35
Oxunub: 4 845 Çempionlar Liqası: qrup mərhələsinin bütün iştirakçılarıUEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Qrup mərhələsində iştirak hüququ qazananlardan 26-sı öncədən bəlli idisə, onlara təsnifat mərhələsini uğurla adlayan 6 klub da qoşulub.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü bu gün atılacaq. Monakoda baş tutacaq və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq tədbirdə qitənin 32 ən güclü komandası 8 qrupa bölünəcək.

Püşkdən öncə iştirakçılar 4 səbətə bölünüblər. Birinci səbətdə Çempionlar Liqası, Avropa Liqası və ən reytinqli 6 ölkənin çempionu yer alıb. Digər 24 klub reytinqinə görə sıralanıb. Türkiyə təmsilçisi "Qalatasaray” sonuncu "səkkizliy”ə daxil edilib.

1-ci səbət
Liverpul (İngiltərə)
Çelsi (İngiltərə)
Barselona (İspaniya)
Mançester Siti (İngiltərə)
Yuventus (İtaliya)
Bavariya (Almaniya)
PSJ (Fransa)
Zenit (Rusiya)

2-ci səbət
Real (İspaniya)
Atletiko (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Napoli (İtaliya)
Şaxtyor (Ukrayna)
Tottenhem (İngiltərə)
Ayaks (Hollandiya)
Benfika (Portuqaliya)

3-cü səbət
Olimpik (Lion, Fransa)
Bayer (Almaniya)
Zalsburq (Avstriya)
Olimpiakos (Yunanıstan)
Brügge (Belçika)
Valensiya (İspaniya)
İnter (İtaliya)
Dinamo (Zaqreb, Xorvatiya)

4-cü səbət
Lokomotiv (Rusiya)
Genk (Belçika)
Qalatasaray (Türkiyə)
Leypsiq (Almaniya)
Slaviya (Çexiya)
Srvena Zvezda (Serbiya)
Atalanta (İtaliya)
Lill (Fransa)