BolgeXeber.Com » Siyasət » Seymur Həzi azadlığa çıxdı

Seymur Həzi azadlığa çıxdı

29-08-2019, 12:10
Oxunub: 5 072 Seymur Həzi azadlığa çıxdıAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Seymur Həzi cəza müddəti başa çatdığı üçün azadlığa çıxıb.

Bu barədə onun qayınatası Tofiq Yaqublu "Facebook" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq, beş il müddətinə azadlıqdan məhrum edilmişdi.