BolgeXeber.Com » Bölgə » Hacıqabulda növbəti səyyar görüş - Fotolar

Hacıqabulda növbəti səyyar görüş - Fotolar

30-08-2019, 16:17
Oxunub: 7 224 Hacıqabulda növbəti səyyar görüş - Fotolar30 avqustda Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov növbəti səyyar qəbul-görüşünü Hacıqabul şəhər Ü.Hacıbəyov və Ə.Əsədov küçələrinin sakinləri ilə keçirib

Bolgexeber.com xəbər verir ki, şəhər sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda icra başçısı Əhməd Muxtarov respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Hacıqabul rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Əhməd Muxtarov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Rayon icra hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Hacıqabulda növbəti səyyar görüş - Fotolar
Hacıqabulda növbəti səyyar görüş - Fotolar