BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda niyə böyük şəhər bələdiyyələri yaradılmır? - Deputatdan açıqlama

Azərbaycanda niyə böyük şəhər bələdiyyələri yaradılmır? - Deputatdan açıqlama

31-08-2019, 14:52
Oxunub: 3 178 Azərbaycanda niyə böyük şəhər bələdiyyələri yaradılmır? - Deputatdan açıqlamaAzərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması mövcud bələdiyyələrin inkişafı, maliyyə imkanları, mövqeyi, sosial-iqtisadi həyatda oynadığı roldan asılıdır

Bələdiyyələr inkişaf etdikcə, böyük şəhər bələdiyyələrinin yaradılması da zərurətə çevrilə bilər.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Regional məsələr komitəsinin üzvü Tahir Rzayev deyib.

Deputatın fikrincə, Azərbaycanda hazırda yüksək səviyyədə işləyən bələdiyyə yoxdur.

Onun sözlərinə görə, mövcud şəraitdə böyük şəhər bələdiyyələrinin yaradılması müəyyən problemlər yarada bilər.

"Çünki bələdiyyələrin maliyyə bazası, kadr potensialı o qədər yüksək deyil. Üstəgəl, Azərbaycan bələdiyyələri zəngin təcrübə toplamayıblar və texniki vasitələri yoxdur. Tutaq ki, böyük şəhər bələdiyyələri yaradıldı. Bu zaman həmin böyük şəhər bələdiyyələri yol çəkməli, məktəb tikməli və digər yüksək maliyyə tələb edən işlər görməlidir. Bizdə isə böyük maliyyə bazası olan, yüksək təşkilatçılıq qabiliyyətinə malik bələdiyyələr çox azdır. Buna görə də belə şəraitdə böyük şəhər bələdiyyələrinin yaradılması vacib deyil", - deyə T.Rzayev əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərdən biri iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılmasıdır.