Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi
31-08-2019, 17:22
Oxunub: 3 193
Mingəçevir şəhərində azyaşlı qızın hamilə olduğu üzə çıxıb.
APA xəbər verir ki, 7 aylıq hamilə olan 15 yaşlı Ə.A. dünən səhər çağırış əsasında Mingəçevir Su anbarı hövzəsindəki çimərlikdən həkim briqadası tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərək Doğum şöbəsinə yerləşdirilib.
Onun üzərində kimliyini təsdiq edən hər hansı sənəd olmayıb. Müayinə zamanı azyaşlı qızın 7 aylıq hamilə olduğu müəyyən edilib. Özünü Gəncə sakini kimi təqdim edən qız Mingəçevirdə kafelərdən birində işlədiyini, ailə qurmadığını, atasının olmadığını, anasının isə Gəncədə yaşadığını deyib. O, tibb işçilərinin müşayiəti və xəstəxanaya məxsus təcili tibbi yardım maşını ilə Gəncə şəhər Regional Perinatal Mərkəzə göndərilib.
Perinatal Mərkəzdən bildirilib ki, hamilə qız artıq doğuş keçirib. Doğuş vaxtından əvvəl olub, normal keçib.
Qızın ailə üzvləri və yaxınlarının tapılması üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər