BolgeXeber.Com » Ölkə » İstirahət günlərində yol qəzalarında 7 nəfər ölüb

İstirahət günlərində yol qəzalarında 7 nəfər ölüb

2-09-2019, 11:22
Oxunub: 2 482 İstirahət günlərində yol qəzalarında 7 nəfər ölübAvqustun 31-dən sentyabrın 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.



Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 33 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.



Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.