BolgeXeber.Com » Xəbərlər » Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ

Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ

2-09-2019, 18:37
Oxunub: 2 087 Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - RƏSMİDaxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.