XƏBƏR LENTİ
Əsgərimiz şəhid oldu
23 sentyabr 11:44
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ötən il Azərbaycanda dünyasını dəyişən uşaqların sayı və onların ölüm səbəbləri

Ötən il Azərbaycanda dünyasını dəyişən uşaqların sayı və onların ölüm səbəbləriAzərbaycanda dünyasını dəyişən 18 yaşadək uşaqların sayı və onların ölüm səbəbləri açıqlanıb

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 5 yaşadək 1825 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 2058, 2016-cı ildə 2092, 2015-ci ildə isə 2395 uşaq dünyasını dəyişib.

Ölən uşaqların çoxu oğlanlar olub. Keçən il dünyasını dəyişən uşaqların 1065-i oğlan, 760-ı qız olub.

Ümumilikdə isə 2018-ci ildə yaşı 18-dək olan 2412 uşaq ölüb ki, onların 1433-ü oğlan, 979-u qız olub.

Ötən il dünyasını dəyişən 18 yaşadək uşaqların 1558-i şəhər, 854-ü kənd yerlərinin payına düşüb.

18 yaşadək uşaqların ölümünün əsas səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Bu səbəbdən keçən il 1001 nəfər dünyasını dəyişib.

Sonrakı yerləri sinir və tənəffüs sistemi xəstəlikləri tutur. Ötən il sinir xəstəliklərindən 289, tənəffüs sistemi xəstəliklərindən 215 uşaq dünyasını dəyişib,

2018-ci ildə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 214, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 197 uşaq dünyasını dəyişib.
Bölmə: Sosial | 03 sentyabr 2019 09:59 | Baxış sayı: 1255





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: