BolgeXeber.Com » Xəbərlər » Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi (VİDEO)

Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi (VİDEO)

3-09-2019, 11:20
Oxunub: 2 562 Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi (VİDEO)Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.

Mərasimdə maraqlı anlar yaşanıb. General-polkovnik Vilayət Eyvazovun qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə "Üç rənqli bayraq” şeirini söyləyib:

"Bu üçrəngli bayrağım
Gözümün işığıdır.
Azadlıq yağışından
Doğan göy qurşağıdır.
Üstündəki ay-ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır,
Yolumuzun üstünə
İşıq saçan mayakdır.”

Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, "Ay maşallah” deyərək ona təşəkkür edib.