BolgeXeber.Com » Media » ANS-in aparıcı müxbiri istefa verdi

ANS-in aparıcı müxbiri istefa verdi

7-04-2011, 14:35
Oxunub: 5 215
Ceyhun Əsgərov 10 ildir çalışdığı ANS-dən niyə çıxdı?

ANS Telekanalının müxbiri Ceyhun Əsgərov kanalda tutduğu vəzifəsindən imtina edib. O, bu addımını öz arzusu ilə atıb. Bolgexeber.com-a açıqlamasında C. Əsgərov yayılan məlumatı təsdiq edib. Jurnalist bildirib ki, iş yerini dəyişmək qərarına gəlib və odur ki kanaldakı fəaliyyətinə son qoymalı olub: “Öz qərarıma əsasən ANS-dən çıxdım. Lakin jurnalistlik fəaliyyətimi dayandırmamışam. Hazırda Araz 103.3 radiosunda jurnalistlik fəaliyyətimə davam edirəm. Gələn həftədən müəllif verilişlərimlə efirə çıxacam”.

Qeyd edək ki, təxminən bir ay öncə C. Əsgərovun ANS-i tərk etməsi ilə bağlı məlumat yayılmışdı. Lakin o zaman telejurnalist bu məlumatı təkzib etmişdi və iş yerini dəyişmək fikrində olmadığını bildirmişdi.

Xatırladaq ki, C. Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın oğludur. C. Əsgərov 10 il - 2002-ci il dekabrın 27-dən ANS-də çalışıb.