BolgeXeber.Com » Xəbərlər » Nikolay Patruşev Ramil Usubovla məsləhətləşmələr üçün Bakıya gəlir

Nikolay Patruşev Ramil Usubovla məsləhətləşmələr üçün Bakıya gəlir

3-09-2019, 13:28
Oxunub: 2 791 Nikolay Patruşev Ramil Usubovla məsləhətləşmələr üçün Bakıya gəlirNikolay Patruşev Ramil Usubovla məsləhətləşmələr üçün Bakıya gəlir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sabah sentyabrın 4-də təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan ikitərəfli məsləhətləşmələri aparmaq üçün Bakıya gəlir.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu haqda Təhlükəsizlik Şurasının aparatı açıqlayıb.

“Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Respublikasına səfər edəcək. Bakıda Patruşev Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla , habelə iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”,-rəsmi məlumatda deyilir.

Xatırladaq ki, Nikolay Patruşev ötən ay Yerevanda təhlükəsizliyə dair Rusiya-Ermənistan məşvərətində iştirak edib.