XƏBƏR LENTİ
Neft yenidən ucuzlaşıb
17 sentyabr 09:38
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Hacı Mazandan XƏBƏR VAR - təcili Almaniyaya aparıldı

Hacı Mazandan XƏBƏR VAR - təcili Almaniyaya aparıldıİyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyaya aparılıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə BakuPost-a xəstənin yaxınları məlumat verib. Onların sözlərinə görə, Bakıda iki dəfə əməliyyat olunduqdan sonra müalicəsinin Almaniyada davam etdirilməsi qərarına gəlinib: “Hazırda səhhəti nisbətən normallaşıb, amma uzunmüddətli bir müalicə alacaq. Buna görə də bir müddət orada qalması nəzərdə tutulub”.

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb.

Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.
Bölmə: Gündəm | 03 sentyabr 2019 14:01 | Baxış sayı: 80





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: