XƏBƏR LENTİ
Əsgərimiz şəhid oldu
23 sentyabr 11:44
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Jurnalistlərə “kupça” veriləcək: - Bina istismara qəbul olundu

 Jurnalistlərə “kupça” veriləcək: - Bina istismara qəbul olunduBakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 20 ünvanında yerləşən və 2017-ci il 22 iyulda təhvil verilən binada dövlət tərəfindən mənzillə təmin olunan jurnalistlər hələ də mənzilə dair çıxarış, yəni “kupça” ala bilməyiblər.

Dəfələrlə bu barədə məlumat yayılsa da, məsələ hələ də həll edilməyib.

Bugünlərdə yenidən həmin mənzillərə “kupça” verilməsi prosesinin ləngidildiyi barədə sosial şəbəkədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu təmsil etdiyi qurum tərəfindən artıq binanın istismarına icazə verildiyini deyib:

“İstismarla bağlı sənədlər aidiyyatı üzrə tikinti şirkəti tərəfindən ləngidilmişdi. Məhz onlar tərəfindən sənədlər gecikdirildiyi üçün istismara icazənin verilməsi ləngidi. Yəni sənədlər sifariçi tərəfindən tam təqdim olunmamışdı . Sənədlər tam təqdim olunduqdan sonra istismara icazə verilib. Belə ki, avqustun 7-də binanın istismara icazə verilib və müvafiq sənəd tərtib olunub”.

Yəqin ki, yaxın zamanda jurnalistlər “kupça” ilə təmin ediləcək.
 Jurnalistlərə “kupça” veriləcək: - Bina istismara qəbul olundu Jurnalistlərə “kupça” veriləcək: - Bina istismara qəbul olundu
Bölmə: Media | 03 sentyabr 2019 16:29 | Baxış sayı: 1098





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: