BolgeXeber.Com » Ölkə » Bakıda sakinlər bu səsdən bezib – Video

Bakıda sakinlər bu səsdən bezib – Video

4-09-2019, 10:04
Oxunub: 2 696 Bakıda sakinlər bu səsdən bezib – VideoYasamal rayonu ərazisində yerləşən Arif Hüseynzadə adına 20 saylı orta məktəb-lisey 2017-ci ildə yenidən inşa edilib istifadəyə verildikdən sonra həmin ərazidə yaşayan sakinlərə rahatlıq yoxdu

Bu haqda Yenisabah.az-a müraciət edən Mətbuat prospekti, məhəllə 501, bina 6 a-da yaşayan sakinlər müraciət edib.

Onlar bildiriblər ki, 65 ailə 24 saat ərzində səs-küydən evində otura bilmir. Məktəbin ərazisində quraşdırılmış havalandırma sistemi bütün sutkanı dayanmadaan işləyir və onun yaratdığı səs-küy, eyni zamanda uğultu ətraf mühitə təsir etməkdən də çox bu binanın sakinlərini bezdirib.

“Bununla bağlı 63 saylı MTK-nın sədri bina sakinləri adından bütün dövlət qurumlarına rəsmi müraciət etsə də heç bir nəticə yoxdur” deyyə müraciətdə bildirilir.

“Nə Təhsil Nazirliyindən, nə Səhiyyə Nazirliyindən, nə FHN-dən, nə də digər qurumlardan heç bir cavab gəlməyib. Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab göndərilib ki, bu səsin ətraf mühit üçün yol verilən həddə olduğu müəyyən edilib. Amma bu doğru deyil. Həmin binanın həyətində tikilən FHN-də də eyni havalandırma sistemi (çiller) səsboğucu ilə quraşdırıldığından zərrə qədər səs-küy, uğultu səsi eşidilmir.

Məktəbin həyətindəki havalandırma sistemində isə səsboğucu quraşdırılmadığından sakinlər ciddi narahatlıq keçirir, səhhətlərinə ciddi təsir edir. Yaşlı sakinlərin əksəriyyəti təzyiq, şəkər, ürək xəstəliyindən əziyyət çəkdiyi üçün bu səs onların sağlamlığına ağır zərbə vurur. Biz dərmansız yuxuya gedə bilmirik, səsdən pəncərələri açmaq mümkün deyil. Hətta pəncərə bağlı olduqda belə uğultu dayanmadan eşidilir. İki ildir ki, əhali fasiləsiz səs-küy, uğultu səsini eşitməkdən xəstəlik tapıb.

Xahiş edirik, bu məsələ ciddi araşdırılsın, bu problem hhəll edilsin. Komissiya yaradılsın, səs-küyün həddi düzgün yoxlanılsın, havalandırma sisteminə tez bir zamanda səsboğucu quraşdırılsın”.

Həmin məktəbdən çıxan uğultu səsinin eşidildiyi videonu təqdim edirik: