BolgeXeber.Com » Şou-Biznes » Ölüm xəbəri yayılan Cavan Zeynallı qəzəbləndi: Biabırçılıqdır

Ölüm xəbəri yayılan Cavan Zeynallı qəzəbləndi: Biabırçılıqdır

4-09-2019, 10:09
Oxunub: 5 151 Ölüm xəbəri yayılan Cavan Zeynallı qəzəbləndi: BiabırçılıqdırXalq artisti, caz ustadı Cavan Zeynallının ölüm xəbəri yayılıb

Sosial şəbəkə istifadəçiləri sənətkarın dünyasını dəyişdiyini yazıblar.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı C.Zeynallı ilə əlaqə saxlayıb.

Cazmen haqqında yayılan xoşagəlməz xəbərin dezinformasiya olduğunu deyib:

"Dünən gecədən səhərə kimi telefonlarım susmayıb. Hamı mənə zəng vurub deyir ki, Cavan müəllim, hər şey qaydasındadır, səhhətiniz yaxşıdır? Bu, ucuz sensasiyadan başqa bir şey deyil. Biabrçılıqdır. İllər öncə mənim başıma eyni hadisəni gətirmişdilər. Şəklimi internetdə yayıb yazmışdılar ki, Cavan rəhmətə gedib. Mən heç bilmirəm bu kimi xəbərləri yayanlar kimlərdir... Belə şey etmək olmaz. Hamı narahatlıq keçirir".