“Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar
5-09-2019, 14:22
Oxunub: 3 268
“Nar”-ın dəstək olduğu Azərbaycanın gənc boksçuları Türkiyənin Sakarya şəhərində keçirilən peşəkar boks döyüşlərində inamlı qələbə qazanıblar
“Baku Fight Lab” boks klubunun yetirmələri olan Rauf Ağayev və Nicat Həsənov Gürcüstan boksçularına qalib gəliblər.
Peşəkar boksda 69 kq çəki dərəcəsində ilk dəfə rinqə çıxan Nicat Həsənov Zaza Amiridze üzərində qələbə qazanaraq debüt görüşünü qələbə ilə bitirib. 52 kq çəki dərəcəsində çıxış edən Rauf Ağayev isə rəqibi Mişiko Şubitidzeni artıq 3-cü raundda nokauta salaraq rəqibindən tam üstünlüyünü nümayiş etdirib.
“Baku Fight Lab” bir neçə ay öncə yenidən fəaliyyətə başlamış Azərbaycan Peşəkar Boks Federasiyasında qeydiyyatdan keçib. Federasiya promouter şirkətlərə boksçular arasında beynəlxalq səviyyəli peşəkar döyüşlər keçirməyə imkan verir.
Qeyd edək ki, “Nar”, “Baku Fight Lab” (keçmiş “Rabitə”) boks klubunun rəsmi tərəfdaşıdır. Mobil operatorun dəstəyilə boks klubuvalideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar təlimlər keçir. Gənc boksçuların texniki təchizatı “Nar” tərəfindən təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarlar tərəfindən keçirilir. Təlimlərin məqsədi ölkə gənclərinin zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin layiqli üzvü kimi yetişməsinə töhfə verməkdir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər