XƏBƏR LENTİ
Neft yenidən ucuzlaşıb
17 sentyabr 09:38
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı

400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdıMilyonlarla "Facebook" istifadəçisinin telefon nömrələri olan məlumat bazası naməlum şəxslər tərəfindən internetdə yayılıb.

İstifadəçilərin İD profilləri, cinsiyyəti və yaşadıqları ölkə haqqında məlumatlar da internetə sızdırılıb. İstifadəçilər barədə 419 milyondan çox yazı hamı üçün əlçatan olub. Onlardan 133 milyonu ABŞ, 18 milyonu Britaniya və 50 milyonu Vyetnam sakinlərinə aiddir.

Şirkətin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, bu, sosial şəbəkə telefon nömrələrinə girişi bağlamamışdan öncə toplanmış köhnə məlumatlardır.

"Məlumatlar artıq silinib və onların hər hansına kənar şəxslər tərəfindən baxıldığına dair heç bir sübut yoxdur", - deyə "Facebook" nümayəndəsi Cey Nankerrou bildirib.

Xatırladaq ki, bir müddət öncə istifadəçilərin şəxsi məlumatlarının sızması ilə əlaqədar "Facebook" beş milyard dollar məbləğində cərimələnmişdi.
Bölmə: Dünya | 05 sentyabr 2019 15:18 | Baxış sayı: 1097





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: