BolgeXeber.Com » İqtisadiyyat » Torpaq sahəsinin koordinatlarını, plan ölçüsünü bilmək üçün aparılan işlərə görə tələb olunan xidmət haqqını internetlə özün hesabla

Torpaq sahəsinin koordinatlarını, plan ölçüsünü bilmək üçün aparılan işlərə görə tələb olunan xidmət haqqını internetlə özün hesabla

6-09-2019, 15:50
Oxunub: 4 000 Torpaq sahəsinin koordinatlarını, plan ölçüsünü bilmək üçün aparılan işlərə görə tələb olunan xidmət haqqını internetlə özün hesablaMülkiyyətçilər torpaq sahələrinin koordinatlarını, plan ölçüsünü, hansı ərazidə yerləşməsi ilə bağlı dəqiq məlumatları özündə əks etdirən kadastr planını əldə etmək üçün tələb olunan xidmət haqqını internet vasitəsilə, onlayn olaraq hesablaya bilir

Vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan “Kadastr kalkulyatoru” ilə bu imkanı əldə edir.
Xidmətdən istifadə etmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 41-ci elektron xidmət olan “Kadastr kalkulyatoru” bölməsinə daxil ola bilər. İstifadəsi sadə olan elektron xidmət sahəsindən “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”bölməsi seçilir. Xidmətlərdən istifadə üçün əmlakın yerləşdiyi şəhər və rayonu, torpağın sahəsi və kateqoriyası, ehtimal edilən nöqtələrin və parsellərin sayı daxil edilir. Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi ilə bağlı elektron xidmətdən istifadə üçün daşınmaz əmlakın növü, tərtib olunan plan və ya xəritənin sayı da qeyd olunur. İstifadəçi öz istəyinə uyğun xidmətin tezləşmə müddətini qeyd etməklə xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
Bundan başqa adıçəkilən elektron xidmətə daxil olmaqla“Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını da öyrənmək mümkündür. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir. Qeyd edilməlidir ki, torpaq kənd təsərrüfatı təyinatlıdırsa bu zaman həmin sahənin çoxillik əkmələr və ya digər kateqoriyaya aid olduğu göstərilməlidir. Texniki inventarlaşdırma işləri zamanı daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri və tərkibi müəyyən edilir.
Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.

Bolgexeber.com