XƏBƏR LENTİ
Neft yenidən ucuzlaşıb
17 sentyabr 09:38
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Anarın təklifi qəbul edildi: “Nobel”ə alternativ yaradılır - 1 milyonluq mükafat

Anarın təklifi qəbul edildi: “Nobel”ə alternativ yaradılır - 1 milyonluq mükafatQazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüb.

Bu barədə BakuPost-a Birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, Anar I Asiya Yazıçılar Forumunda çıxış edib: “Çıxış zamanı Qazaxstanın prezidenti Qasım-Comərd Tokayev də ordaydı. Anar müəllim Forumda çox gözəl təkliflərlə çıxış elədi. Onun çıxışı hamı tərəfindən, o cümlədən president Tokayev tərəfindən çox yüksək qiymətləndirildi. Buna görə də Forumun ikinci günü Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Anar və bir qrup başqa yazıçı ilə görüşdü”.

X.Rza I Asiya Yazıçılar Forumu haqqında da danışıb: “Forumun məqsədi Nobel mükafatına alternativ sayılacaq “Böyük Asiya” mükafatını təsis etməkdir. Mükafatın məbləği 1 milyon dollar olacaq. Qazaxstan dövləti bunu öz ölkələrini Asiyanın mədəni, ədəbi mərkəzinə çevirmək məqsədi ilə təsis edir. Yəqin ki, forumun işi yekunlaşandan sonra mükafat təsis olunacaq”.

Qeyd edək ki, sentyabrın 4-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində I Asiya Yazıçılar Forumu işə başlayıb. Azərbaycandan Forumda Yazıçılar Birliyinin sədri Anar Rzayev, qurumun mətbuat katibi Xəyal Rza iştirak edir.

Forumun işi bu gün başa çatır.
Anarın təklifi qəbul edildi: “Nobel”ə alternativ yaradılır - 1 milyonluq mükafat
Bölmə: Xəbərlər | 06 sentyabr 2019 18:04 | Baxış sayı: 218





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: