XƏBƏR LENTİ
Neft yenidən ucuzlaşıb
17 sentyabr 09:38
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Ramada” otelin direktoru cərimələndi – Çəkişmə…

“Ramada” otelin direktoru cərimələndi – Çəkişmə…“Aristokrat Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 Saylı Baki İnzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək “Ramada Hotel and Suites Baku” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yeganə Kərimovaya qarşı iddia qaldırıb

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iddia belə əsaslandırılıb ki, “Aristokrat Travel” MMC 15 may 2018-ci il tarixdə otel fəaliyyəti ilə məşğul olan “Ramada Hotel and Suites Baku” MMC ilə müqavilə imzalayıb. Müqavilə şərtlərinə uyğun olaraq şirkət otelə 24 avqusta qədər 10 turist qrupu göndərilməli idi. Buna görə həmin gün 2000 ABŞ dolları, mayın 18-də isə 3000 ABŞ dolları məbləğində pul vəsaiti nağd qaydada otelə ödənib.

Razılaşmaya uyğun olaraq göstərilən ödəmələr otelin satış direktoru Emil Həsənov tərəfindən qəbul edilib. Ödənilmiş 5000 ABŞ dolları məbləğində vəsait sonuncu turist qruplarının ödənişi üçün istifadə olunmalı idi.

İyunun 15-də oteldə yerləşdirilmiş elə ilk turist qruplarından oteldəki komfortsuzluq barədə çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Şikayətlərin əksəriyyəti havalandırma sisteminin işlək vəziyyətdə olmaması ilə bağlı olub. Şikayətlərin artması səbəbindən Emil Həsənova şifahi və yazılı məlumatlar göndərilib, lakin problemlər həllini tapmayıb. Bu səbəbdən iyulun 3-də 3-cü qrupun oteldən çıxması ilə bağlı Emil Həsənovla şifahi razılığa gəlinib.

Bununla da əməkdaşlığa son qoyulub, turist qruplarının otelə göndərilməsi dayandırılıb. Emil Həsənovla olan razılaşmaya uyğun olaraq verilən depozit məbləğindən 3000 ABŞ dolları otelə qəbul olunmuş 3 turist qrupunun ödənişi ilə əvəzlənib. Həmin razılaşmaya əsasən digər 2000 ABŞ dolları məbləğində vəsait dərhal qaytarılmalı idi. Lakin, edilmiş şifahi və yazılı müraciətlərə baxmayaraq 2000 ABŞ dolları məbləğində vəsait bu günə qədər qaytarılmayıb.

Cavabdeh yeganə Kərimovaya məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyib və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməyib.

Hakim Əfqan Ələkbərov sənədlərə nəzər yetirərək iddianı təmin edib. Yeganə Kərimovadan 2000 ABŞ dolları, 400 manat əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Arıstokrat Travel” MMC-yə ödənilməsinə qərar verilib.

“Ramada” otel qalmaqallı iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovun olub. Onun banklara yaranan milyonluq kredit borclarına görə Mərkəzi Bankın iddiası əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə müsadirə olunaraq biznesmendən alınıb.

Oxunub: 458
Bölmə: Ölkə | 07 sentyabr 2019 16:21 | Baxış sayı: 467





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: