XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Prezident Şimali Makedoniya və Tacikistan liderlərini təbrik etdi

Prezident Şimali Makedoniya və Tacikistan liderlərini təbrik etdiPrezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Emoməli Şərifoviç,

Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dost Tacikistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması yolu ilə inamla irəliləyir. Ölkəniz dünyada və regionda sülhün və sabitliyin bərqərar olmasına, beynəlxalq təhlükəsizliyə və dialoqa mühüm töhfələr verir.

İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram".



Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu da göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".
Bölmə: Siyasət | 07 sentyabr 2019 16:23





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: