BolgeXeber.Com » Xəbərlər » İmişlidə maşın kanala aşdı - Ailənin 5 üzvü boğulub öldü

İmişlidə maşın kanala aşdı - Ailənin 5 üzvü boğulub öldü

9-09-2019, 10:20
Oxunub: 1 489 İmişlidə maşın kanala aşdı - Ailənin 5 üzvü boğulub öldüİmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.