BolgeXeber.Com » Gündəm » Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT

Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT

9-09-2019, 10:25
Oxunub: 6 890 Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT"Hazırda isə üç azyaşlı uşaqla məmur özbaşınalığına görə 13 nəfərin yaşadığı atama məxsus darısqal evdə yaşamağa məcbur olmuşam"

Bolgexeber.com-un elektron poçtuna şikayət məktubu göndərən Ucar rayon sakinləri mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ünvanlayırlar.

"Biz üzləşdiyimiz qanunsuzluqlara, özbaşınalıqlara görə mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirik.

"Azərişıq" ASC-nin və Ucar Elektirik Şəbəkəsinin qanunsuzluğu nəticəsində elektirik enerjisindən istifadə edə bilmirik.Nəticədə də himayəmizdə olan azyaşlı uşaqlarımızla birlikdə qaranlıqda yaşayırıq.Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa dəhşətə gələr.

Səbəbi isə yeni inşa etdiyimiz evimizə elektirik xəttinin çəklib elektirik enerjisi ilə təchiz olunmasına görə “Azərişıq” ASC bizdən 10 dəfə artıq pul tələb edir.Hansı ki, mövcud elektirik xəttindən evimizə qədər olan məsafə üçün lazım olan elektirik dirəyi və elektirik kabelini almaq üçün üçün “Azərişıq” ASC-nin tələb etdiyi pul 10 dəfə şişirdilib.Misal üçün dəyəri 150 manata başa gələn elektirik avadanlıqlarını 10 dəfə şişirdib smeta sənədi tərtib edirlər.Bu minvalla onlar kasıb vətəndaşları soyurlar.Nəticədə də narazılıq yaranır, azyaşlı uşaqlarmızla qaranlıqda yaşamağa məhkum olmşuq.Bu isə saxtakarlıq, özbaşınalıq və talançılıqdır ki, “Azərişıq” ASC yaradır.

-Mən Ucar rayonu Boyat kənd sakini Qəhrəmanov Alqayıt Alqayıt oğlu iki azyaşlı uşağımla yeni inşa etdirdiyim mənzildə qaranlıqda yaşayaıram. Səbəbkarı isə “Azərişıq” ASC-dir.Çünki əsas elektirik xətti ilə mənzilimin arasında 10 metr məsafə var ki, elektirik kabelinidə almışam.Qalır həmin elektirik xəttini çəkmək.Buna görə məndən 180 manat pul tələb edilir.Bu isə soyğunçuluqdur, saxtakarlıqdır ki, “Azərişıq” ASC və yerdə nümayəndəliyi olan Ucar Elektirik Şəbəkəsi edir.Heç bir yerdə işləmirəm.Valideyinlərimin və qohumlarımın maddi köməkliyi ilə 8 il müddətinə bir mərtəbəli iki otaqlı kiçik bir mənzil inşa etdirmişik. Heç bir yerdə işləmirəm yoxsulluq həddində yaşayıram.Ucar rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatdayam.İndi azyaşlı körpə uşaqlarım qaranlıqda yaşayırıq.Çox əziyyət çəkirik bilmirik nə edək.

-Mən Məhərrəmov Mehman Qurban oğlu Ucar rayonu Boyat kəndində ailəmlə iki azyaşlı uşağımla yeni inşa etdirdiyim mənzildə qaranlıqda yaşamağa məhkum olmuşam.Həmin mənzili fəhləçiliklə 6 ilə inşa etdirmişəm.Hələdə borc ödəyirəm.Bir qarnı ac bir qarnı tox yaşayırıq.”Azərişıq” ASC evimdən elektirik dirəyinə qədər məsafəni saxtakarlıq edib 800 metr qeyd edib elektirik xəttinin çəkilməsi üçün məndən 2800 manat pul tələb edir.Hansı ki, özümüz lazım olan elektirik avadanlıqlarının bazarda qiymətini soruşduq cəmi 230 manat pul təşkil etdi. Ancaq “Azərişıq” ASC-nin saxtakarlıqla qiyməti şişirtməsi qanunsuzluqdur.İmkan versinlər həmin elektirik avadanlıqlarını özüm bazaar qiymətinə alıb verim onlara zəhmət haqqlarınıda verim ki, müasir dövürdə qaranlıqda yaşamayaq.

-Mən Ucar rayonu Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu yeni inşa etdirdiyim mənzilimə köçüb yaşaya bilmirəm ki, nəticədə də 13 nəfərik ailə üzvülərimizlə birlikdə atama məxsus darısqal acınacaqlı vəziyyətdə olan evdə yaşamağa məcbur olmuşam. Buna görə himayəmdə olan 3 azyaşlı uşaqlarımın rahatlığı pozulub dərslərini normal hazırlaya bilmirlər, çox-çox əziyyət çəkirik.Yeni inşa edilmiş mənzilimizə köçüb yaşaya bilməməyimizin səbəbi isə elektirik xəttinin çəkilməsi üçün bizdən maya dəyərindən 10 dəfə çox pulun istənilməsidir. Belə ki, Bakı şəhərində bazarda araba sürüb qəpik-qəpik zəhmətlə yığıb topaladığım pulla kasıb formada bir mənzil inşa etdirdim ki, atama məxsus 13 nəfərin yaşadığı darısqal evdən çıxıb həmin yeni mənzildə yaşayım, uşaqlarım rahat böyüsün, dərslərini rahat hazırlaya bilsinlər.Evə elektirik xəttinin çəkilməsi üçün məndən 1873 manat 43 qəpik pul tələb olundu.Mövcud elektirik xəttindən evimə qədər olan məsafə 130 metr təşkil edir ki, buna görə 2 elektirk dirəyi və 130 metr elektirik kabeli lazım olacaq.Bunların isə bazar qiyməti ümumilikdə 150 manat təşkil edir.Texniki işləri görən ustaların zəhmət haqqısıda 50 manat təşkil edəndə 200 manat cəmi smeta dəyəri olur. Belə olan halda 130 mert məsasfədən evimə elektirik xətinin çəkilməsinə görə məndən 1873 manat 43 qəpiyin istənilməsi açıq-aşkar korrupsiya faktıdır, ciddi qanunsuzluqdur. Mən bilirəm ki, bu smeta sənədi qanunsuz tərtib edilib.

Hansı ki, dövlət rüsumu və qiyməti cüzi edən adi bir elektriik xəttinin yeni inşa edilmiş mənzilə çəkilməsi bazar qiymətləri ilə 200 manat etsədə “Azərişıq” ASC və Ucar Elektirik Şəbəkəsi saxtakarlıq edib qiymətləri 10 dəfə şişirtmişdir.Diqqət edin ki, “Azərişıq” ASC öz əməllərini sığortapamaq üçün bu sənədin ASAN xidməti tərəfindən tərtib edildiyini bildirir.Hansı ki, həmin smeta sənədini onlar özləri tərtib edib ASAN xidmətə təqdim edib bu yolla kasıb zəhmətkeş insanların pulunu əlindən alıb talan edirlər.Bəli bunun adı talançılıq cinayəti hesab edilir.

Himayəmdə böyüyünün 9, ortancılın 8 və kiçiyinin isə 1 yaşı olmaqla 3 uşağım var. Hazırda isə üç azyaşlı uşaqla məmur özbaşınalığına görə 13 nəfərin yaşadığı atama məxsus darısqal evdə yaşamağa məcbur olmuşam.

Biz mətbuat vasitəsi ilə president cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik evimizə elektirik xəttinin çəkilərək elektirik enerjisi ilə təchiz edilməsinətələb olan qiyməti 10 dəfə şişirdib əngəl yaratmış“Azərişıq” ASC-nin saxtakarlığını araşdırb qanunu tədbir görəsiniz, bazar qiymətinə evimizə elektirik xəttinin çəkilərək elektirik enerjisi ilə təchiz edilməsinə kömək edəsiniz.

İmza; Ucar rayon sakinləri

1) Ucar rayonu Boyat kənd sakini Qəhrəmanov Alqayıt Alqayıt oğlu

2) Ucar rayonu Boyat kənd sakini Məhərrəmov Mehman Qurban oğlu

3) Ucar rayonu Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu
Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT
Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT
Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT
Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT
Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT
Ucar rayon sakinləri nədən narazıdırlar-ŞİKAYƏT