BolgeXeber.Com » Xəbərlər » Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

9-09-2019, 11:20
Oxunub: 2 140 Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaqAşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verib.

Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq:

"Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəkdir".