BolgeXeber.Com » Xəbərlər » İcra başçısı ali məktəblərə qəbul olunan şagirdlərlə görüşdü

İcra başçısı ali məktəblərə qəbul olunan şagirdlərlə görüşdü

9-09-2019, 11:50
Oxunub: 2 273 İcra başçısı ali məktəblərə qəbul olunan şagirdlərlə görüşdüHoradiz şəhərində Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

Bolgexeber.com xəbər verir ki, görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar və tələbə adını qazanmış şagirdlərin valideynləri iştirak edib.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışıb.

Rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat verib.

Tələbə adını qazanan gənclərdən 50 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 47, 48, 33, 9 və Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəblərinin məzunları göstəriblər.

Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edib.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
İcra başçısı ali məktəblərə qəbul olunan şagirdlərlə görüşdü
İcra başçısı ali məktəblərə qəbul olunan şagirdlərlə görüşdü
İcra başçısı ali məktəblərə qəbul olunan şagirdlərlə görüşdü