XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanda məşhur hakim nazirliyi məhkəməyə verdi

Azərbaycanda məşhur hakim nazirliyi məhkəməyə verdiBakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidovun iddiası əsasında məhkəmə iclası başlayıb.

Unikal.org xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə sənədlər araşdırılıb.

Məhkəmənin baxış iclası sentyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ə.Seyidov pensiyasının artırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verən keçmiş hakim pensiyasının düzgün hesablanmasını istəyir.

Ə.Seyidov bu il təqaüdə göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Orucov da Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsini məhkəməyə verib. O, pensiyasının miqdarından narazı olduğu üçün məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi A.Orucovun iddiasını təmin edib.

A.Orucov ötən ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xatırladaq ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır.
Bölmə: Ölkə | 09 sentyabr 2019 12:11 | Baxış sayı: 96





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: