BolgeXeber.Com » Xəbərlər » Təcili yardım maşını ilə yük daşıyan sürücü: “Başqa iş də edirik” - VİDEO

Təcili yardım maşını ilə yük daşıyan sürücü: “Başqa iş də edirik” - VİDEO

9-09-2019, 16:12
Oxunub: 3 566 Təcili yardım maşını ilə yük daşıyan sürücü: “Başqa iş də edirik” - VİDEOBakıda təcili yardım maşını ilə yük daşıyan sürücü onun videosunu yaydığımıza görə redaksiyamıza zəng vuraraq təhdid edib.

BAKU.WS xəbər verir ki, sürücü zəng vuraraq həmin görüntüləri saytdan çıxarmağımızı tələb edib. Özünü təqdim etməyən sürücü bildirib ki, əgər həmin görüntülər saytdan yığışdırılmazsa, problemlər yaradacaq.

“Mənim 60 yaşım var, uşaq deyiləm. Vicdanınız yoxdur, məni biabır etmisiz. Həmin görüntüləri yayanı da məhkəməyə verəcəyəm, sizin də “başınız ağrayacaq”. Araşdırmamış yazmısız. Bu yüklər bizim özümüzə aiddir”, - deyə sürücü bildirib.

Söhbət zamanı sürücü bildirib ki, təcili yardım maşını ilə yük daşımağa stansiyanın rəhbərliyinin icazəsi ilə edib.

“Mən özbaşna etməmişəm. Rəhbərlikdən icazə almışam. Həmin ərazidə təkər düzəltdirməyə getmişəm. Öz dükanımızdır, mebelləri oradan götürmüşəm.

Bu dövlətin maşınıdır. Tək xəstə daşımırıq, başqa iş də edirik. İdarənin müəyyən işlərini görürük”, - deyə sürücü bildirib.