XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib

XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyibAzərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş “7-ci erməni oyunları”nda heç bir BƏƏ vətəndaşı iştirak etməyib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 6 avqust 2019-cu il tarixində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş “7-ci erməni oyunları”nın açılış mərasimində çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsini qeyd etmişdi:

"İlk dəfə deyil ki, Ermənistan rəsmilərinin həqiqəti əks etdirməyən bəyanatları ilə üzləşirik. Qeyd etdiyiniz məsələ ilə bağlı ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota ünvanlayıb və cavab notasında BƏƏ XİN-i bildirib ki, Dağlıq Qarabağ ərazisində keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatları məqsədyönlü şəkildə yayaraq, qanunsuz separatçı rejimin guya ki, “tanınması” görüntüsünü yaratmaq istəyir. Öz növbəsində, bütün bu kimi cəhdlər sonda yayılan yalan məlumatların ifşası ilə nəticələnir".
Bölmə: Siyasət | 09 sentyabr 2019 18:07





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: