XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Buta Airways”dən müştərilərinə qarşı haqsızlıq-ŞİKAYƏT

“Buta Airways”dən müştərilərinə qarşı haqsızlıq-ŞİKAYƏT“Necə ola bilər ki, bu cür əsaslı səbəb göstərildiyi halda vətəndaşa heç bir köməklik göstərilməsin?Müştəriyə bu cür münasibət nə dərəcədə ədalətlidir?!”

Ölkə mətbuatında dəfələrlə “Buta Airways” aviaşirkətinin xidmətlərindən şikayətlər dərc olunub.
“Buta Airways” aviaşirkətinin xidmətlərindən istifadə edən və şirkətdən şikayətçi olan müştərilərindən biri də Bolgexeber.com-a müraciət edib.Adının çəkilməsini istəməyən Bakı sakini olan vətəndaş şirkət tərəfindən hüquqlarının pozulduğunu bildirir və hüquqlarının təmin olunmasını istəyir.

“7-14 sentyabr tarixləri arası Buta Airways şirkətindən 3 nəfərlik ailə üzvlərim üçün səyahət biletlərim var idi.Ailə üzvlərimdən biri cərrahiyyə əməliyyatı olunması səbəbindən həmin zaman səyahətə çıxmaq imkanım heç cür mümkün olmadı.Bu səbəbdən Buta Airways şirkətinə call center ve email vasitəsilə rəsmi məlumat verdim.Biletlərin vaxtının dəyişdirilməsi və ya hər hansı cərimə tətbiq edilməklə ödənişin geri qaytarilmasI ilə bağlı müraciət etdim. Şirkətdən daxili prosedurlar baxımından bunun heç cür mümkün olmadığını bildirdilər”.
Vətəndaş sonda şirkət rəsmilərinə sual verir ki, “Necə ola bilər ki, bu cür əsaslı səbəb göstərildiyi halda vətəndaşa heç bir köməklik göstərilməsin?Müştəriyə bu cür münasibət nə dərəcədə ədalətlidir?!”
Bolgexeber.com olaraq şirkətin də mövqeyini dinləməyə hazırıq.
Bölmə: Gündəm | 11 sentyabr 2019 11:01





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: