XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı (VİDEO)

Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı (VİDEO)Azərbaycan əsilli müğənni Sami Yusuf azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb.

Bolgexeber.com xəbər verir ki, kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Sami Yusuf kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.

Qəzəli daha da zənginləşdirmək üçün Əməkdar artist Samirə Əliyeva və Təyyar Bayramov muğam hissələrini səsləndiriblər.

Ekran işinin yaradıcı prodüseri və rejissoru Andrey Boltenko, kompozisiyanın bəstəkarlığını isə Sami Yusuf özü edib.

Kompazisiya böyük maraqla qarşılanıb. Youtube.com portalında yerləşdirilən videoya 15 saat ərzində 100 mindən çox baxış olub.

Xatırladaq ki, ilk albomu "Al-Muallim”lə məşhurlaşan azərbaycanlı Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar "Time” jurnalı tərəfindən "İslam dünyasının ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur müsəlman ingilisi” elan olunub.


Bölmə: Mədəniyyət | 10 sentyabr 2019 13:06





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: