XƏBƏR LENTİ
Neft yenidən ucuzlaşıb
17 sentyabr 09:38
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Prokurorluq "Range Rover"lə qəza törədən polis əməkdaşının həbsini tələb edir

Prokurorluq "Range Rover"lə qəza törədən polis əməkdaşının həbsini tələb edirBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun barəsində olan bəraət hökmdən apellyasiya protesti verilib.

Oxu.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun həbs edilməsini istəyir.

Həmçinin, məhkəmə hökmündən zərərçəkmişlər də apellyasiya şikayəti verərək, X.Məmmədovun həbs edilməsini tələb edirlər.

Məhkəmənin ilkin baxış iclasında X.Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses sentyabrın 19-na təyin edilib.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bölmə: Xəbərlər | 10 sentyabr 2019 14:28 | Baxış sayı: 189





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: