BolgeXeber.Com » Xəbərlər » Allahşükür Paşazadə qan verdi

Allahşükür Paşazadə qan verdi

10-09-2019, 14:31
Oxunub: 2 318 Allahşükür Paşazadə qan verdiQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib.

Bolgexeber.com xəbər verir ki, qanvermə aksiyasında A.Paşazadə ilə yanaşı, ailə üzvləri, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak edib.

Şeyxülislam Aşura günü bütün müsəlmanlara başsağlığı verib.

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.