BolgeXeber.Com » Media » Afət Telmanqızı Nəsimidən danışmaq üçün jurnalistdən min manat istədi

Afət Telmanqızı Nəsimidən danışmaq üçün jurnalistdən min manat istədi

10-09-2019, 17:30
Oxunub: 8 573 Afət Telmanqızı Nəsimidən danışmaq üçün jurnalistdən min manat istədiAzərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub.

Bolgexeber.com xəbər verir ki, sosial şəbəkələrdə bu kompozisiyaya yüksək qiymət verənlər Nəsiminin "Sığmazam” qəzəlini təhrif edib, "Pəncu-şeş” hind mahnısıyla sintez edən Afət Fərmanqızını da "xatırlayıblar”. Sosial şəbəkə istifadəçiləri Fərmanqızının bu kompozisiyadan sonra xəcalət çəkməli olduğunu yazırlar.

İctimai reaksiyalarla bağlı Kult.az-ın sualını cavablandıran Afət Fərmanqızı deyib ki, o, mətbuata ödənişlə - 1000 manat müqabilində açıqlama verir.

Müğənni vurğulayıb ki, bu pulu nağd şəkildə aldıqdan sonra açıqlama verə bilər.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin "Sığmazam” qəzəlini "Pəncu-şeş” hind mahnısı üzərində oxumuş, eyni zamanda, sözlərini də təhrif etmişdi.