Çıxarışın hazırdır: bunu internet və telefonla öyrən
11-09-2019, 14:57
Oxunub: 3 507
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə təqdim olunan virtual xidmətlər istifadəçilərin işini daha rahat edir.Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədin hansı icra vəziyyətində olduğunu, hazır olacağı tarixi, xidmət haqqınıvaxt itirmədən, sadəcə müraciət nömrəsini daxil etməklə öyrənmək mümkündür
Vətəndaşların bu istiqamətdə dəqiq və operativ informasiya ilə təminatı elektron xidmətlərlə yanaşı, SMS məlumatlandırma ilə də aparılır
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət etmiş vətəndaş sənədinin icra vəziyyəti və ya hazırolma tarixi ilə bağlı məlumatı öyrənmək üçün komitənin“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi” adlı elektron xidmətindən istifadə edə bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az)xidmət siyahısından 11-ci bölməyə daxil olmaq kifayətdir. Açılan xidmət pəncərəsindəki xanaya müraciət zamanı istifadəçiyə təqdim olunmuş bildirişdə qeyd olunan ərizə nömrəsini daxil etdikdən sonra sənədin icra vəziyyəti barədə məlumat ekranda görünür. Qeyd edək ki, müvafiq məlumat SMS bildiriş formasında da vətəndaşın telefonunaötürülür. Bunun üçün istifadəçi müraciət nömrəsini 9193 SMS nömrəsinə göndərməklə müraciətin icra vəziyyəti barədə məlumatı dərhal əldə edə bilər.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə tələb olunan xidmət haqqı icra prosesində müəyyən olunur. Vətəndaş bu barədə məlumatı xidmət yerinə gəlmədən öyrənməklə hazır sənədlə bağlı ödənişi yerinə yetirə bilər.Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az) siyahı üzrə 10-cu bölmədə “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” xidməti ilə sənədin icrası ilə bağlı dəqiq xidmət haqqını öyrənmək olar. Eyni zamanda vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləği ilə tanış ola bilər.
Komitə xidmət haqqı ilə bağlı məbləğin ödənilməsinidə elektron xidmət vasitəsilə onlayn formada təklif edir. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (www.e-emdk.gov.az) 5-ci bölmədəki “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” adlı elektron xidmətə daxil ola bilər.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər