BolgeXeber.Com » Bölgə » Təhsil nazirliyini bu biabırçı mənzərə narahat etməlidir... - FOTOFAKT

Təhsil nazirliyini bu biabırçı mənzərə narahat etməlidir... - FOTOFAKT

12-09-2019, 13:31
Oxunub: 3 750 Təhsil nazirliyini bu biabırçı mənzərə narahat etməlidir... - FOTOFAKTŞamaxının Sabir qəsəbəsində orta məktəb direktoru Gülnurə Babaşova növbəti dəfə xoşagəlməz faktla gündəmə gəlib

Onun tərəfindən şəhid A.Alxanova hörmətsizliyin fotoları yayılıb.

Reportyor.info-nun məlumatına görə, A.Alxanov adına həmin məktəbin həyətində şəhidin heykəlinin qarşısında heyvanlar gəzişir.

Şəkillərdən görünür ki, inəklər məktəbin həyətinə daxil olub, şəhid abidəsinin önündə dolaşırlar. Ümumiyyətlə, şəhid büstü baxımsızdır, ətrafının abadlaşdırılmasına ehtiyac olduğu görünür.

Məktəbin direktoru G.Babaşovanı isə belə məsələlər maraqlandırmır. Lakin unudur ki, şəhidlər qürurumuzdur, xalq və torpaq uğrunda canlarını fəda ediblər. Direktor isə bu mənzərəyə tamaşa etməkdədir.

Yada salaq ki, G.Babaşova müəllimlərə maşın yuduzdurması videosu və xərac yığdırması, müxtəlif qanunsuz hərəkətlərə yol verməsi ilə gündəmə gəlmişdi.